Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Unudulmayan Qəhrəmanlar” adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir

0

  • 10.08.2023-cü il tarixdə Günnüt əməliyyatının igid əsgəri, Vətən Müharibəsinin şəhid kəşfiyyatçısı şəhid Mustafazadə Ceyhun Şükür oğlunun döyüş yolundan bəhs edən “Unudulmayan Qəhrəmanlar” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında keçirilən mərasimdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədr müavini Vahid Abdurrəhmanov və digər rəsmi şəxslər, şəhidin döyüş yoldaşları, ailə üzvləri, şəhid ailələri, qazilər, Suraxanı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Filmin rejissoru, ssenari müəllifləri İlham Rəsulzadə və  Ramiz Ağayev çıxış edərək bildiriblər ki, “Unudulmayan Qəhrəmanlar” adlı ekran işində Şəhid kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlu təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttinin əsasını təşkil edib.Filmin nümayişindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Şəhid Ceyhun Mustafazadənin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən Vətən oğullarının torpaqlarımızı azad etdiyini bildirən yerli təşkilatın sədri onu da qeyd edibdir ki, Ceyhun Mustafazadə və digər şəhidlərimizin xatirələri, əmanətləri heç vaxt diqqətdən kənar qalmayacaq, unudulmayacaqdır. Onlar haqqında filmlərin çəkilməsi, kitabların yazılması, tədbirlərin keçirilməsi şəhidlərin qısa lakin mənalı ömürlərinin gənclər üçün nümunə təşkil etməsinə də xidmət edəcəkdir.Daha sonra çıxış edən “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədr müavini Vahid Abdurrəhmanov 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.Şəhidin atası Şükür Adilov çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildiribdir.Sonda YAP Suraxanı rayon təşkilatı tərəfindən Şəhid Mustafazadə Ceyhunun atası Şükür Adilova xatirə hədiyyələri təqdim olunub.Qeyd edək ki, Vətən Müharibəsinin cəsur kəşfiyyatçılarından biri də Mustafazadə Ceyhun Şükür oğludur. Ceyhun Mustafazadə 1997-ci il yanvar ayının 27-də Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. Uşaq yaşlarından vətənpərvərliyi ilə fərqlənib. 2013-cü ildə Ağcabədi Pedaqoji Kollecinin Texnologiya Müəllimliyi fakültəsinə qəbul olub. Kolleci bitirdikdən sonra 2017-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. Naxçıvanda Günnüt kəndinin alınmasında cəsur döyüşçü kimi vuruşub. Bu döyüşlərdə göstərdiyi şücaətə görə Fəxri fərman və saatla təltif edilib. Vətənin etibarlı müdafiəçisi Ceyhunun göstərdiyi şücaətlərə görə Mustafayevlər ailəsinə hərbi hissə rəhbərliyindən təşəkkür məktubu göndərilib. Ceyhun 2019-cu il yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidmətini Kəşfiyyatçı kimi davam etdirib. Vətən Müharibəsi başlandığı gündən cəsur kəşfiyyatçı döyüş əməliyyatlarına qatılıb. O, sonuncu dəfə atası ilə danışanda "düşmənin dizini yerə qoymuşuq, çox keçməz ki ağ bayraq qaldıracaqlar" deyib.Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında yüksək səviyyədə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Ailədə 3 qardaş olublar. Ceyhun ailənin ən kiçik övladı idi. Subay idi. Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilib. Ölkə başçısının müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Ruhu şad olsun.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib56 dəfə
    “unudulmayan qəhrəmanlar” adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir

    Maraqlı gələ bilər
    0